Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri
# 02 mart 2023 09:37 (UTC +04:00)

Martın 1-də Amerika fond bazarında Dow Jones indeksi 0.02% – 32,661.84 bəndədək artıb, S&P 500 indeksi 0.47% – 3,951.39 bəndədək, Nasdaq indeksi isə 0.66% – 11,379.48 bəndədək azalıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında martın 1-də Almaniyanın DAX indeksi 0.39% –15,305.02 bəndədək azalıb, FTSE 100 0.49% – 7,914.93 bəndədək yüksəlib, Fransanın CAC-40 indeksi isə 0.46% - 7,234.25 bəndədək enib.

Avro isə ABŞ dolları qarşısında 0.22% dəyər itirərək 1.0644 dollara bərabər olub.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR