Dünya iqtisadiyyatı bu il 4,4% böyüyəcək - BVF

Dünya iqtisadiyyatı bu il 4,4% böyüyəcək - BVF
# 25 yanvar 2022 18:08 (UTC +04:00)

Dünya iqtisadiyyatı bu il 4,4% artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş "World Economic Outlook" hesabatında bildirilir.

Bu, BVF-nin ötən oktyabr proqnozu ilə müqayisədə 0,5 faiz bəndi azdır. 2023-cü il üçün isə 3,8%-lik artım proqnozlaşdırılır ki, bu da oktyabr proqnozu ilə müqayisədə 0,2 faiz bəndi çoxdur.

ABŞ iqtisadiyyatının bu il 4%, gələn il 2,6%, Avrozona iqtisadiyyatının isə 2022-ci ildə 3,9%, 2023-cü ildə isə 2,5% böyüyəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR