Dünya iqtisadiyyatının əsas riskləri açıqlanıb

Dünya iqtisadiyyatının əsas riskləri açıqlanıb
# 29 dekabr 2021 12:39 (UTC +04:00)

Növbəti 2022-ci ildə dünya iqtisadiyyatı üçün koronavirusun (COVID-19) yeni ştamlarının yaranması inkişaf etmiş ölkələrdə yüksək inflyasiya və geosiyasi vəziyyətin kəskinləşməsi xüsusi təhlükə yaradır.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti yazır.

"BCA Research" analitik mərkəzinin iqtisadçısı Dhaval Coşinin sözlərinə görə, gələcəkdə COVID-19-un yeni ştamları meydana çıxacaq. Onlardan biri "super variant"a çevrilərək qlobal maliyyə sistemi üçün yeni problemlər yarada bilər.

Məqalə müəlliflərinin fikrincə, 2021-ci ildə İngiltərə Bankı, ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı enerji daşıyıcılarının bahalaşması və işçi qüvvəsi çatışmazlığı nəticəsində yaranan kəskin inflyasiya artımları ilə qəfildən qarşılaşıb. Buna görə də İngiltərə Bankı krallıqda yaşayış xərclərinin 2022-ci ilin aprelinə qədər 5%-dən çox artacağını, bundan sonra isə azalacağını bildirib.

Ekspertlər də gələn il dünya iqtisadiyyatı və geosiyasətinin toqquşa biləcəyini irəli sürürlər. Çindəki vəziyyət və Çinin sədri Si Tzinpinin "millətçi ritorikası" dünya iqtisadiyyatına xüsusi təsir göstərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR