DVX-nin rəis müavini: "Media qurumlarına vergi güzəştləri olunacaq"

DVX-nin rəis müavini: "Media qurumlarına vergi güzəştləri olunacaq"
# 30 iyun 2022 17:31 (UTC +04:00)

Media haqqında qanun qüvvəyə mindikdən sonra, media subyektlərinin qeydiyyatı və vergi öhdəlikləri ilə bağlı Medianın İnkişafı Agentliyi ilə birgə layihələr icra olunur.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, söhbət media qurumlarına müəyyən güzəştlərin şamil olunmasından gedir ki, bunların sırasında mənfəət vergisindən azad olunması məsələsi var və bu məsələ hazırda hökumət tərəfindən baxılmaqdadır.

"Biz bundan sonra da media subyektlərini, həyata keçirilən islahatların cəmiyyətə və sahibkarlığa aktiv şəkildə çatdırılmasında yaranan suallarla bağlı dövlət orqanları ilə çevik əlaqələrin qurulmasında aktivliyin qorunmasını gözləyirik", - deyə Samirə Musayeva qeyd edib.

O həmçinin xatırladıb ki, 1 yanvar 2022-ci ildən çap mediasının xərclərinə kifayət qədər təsir edən vergi təşviqləri verilib və növbəti mərhələdə Medianın İnkişafı Agentliyi və aidiyyəti dövlət qurumları ilə birlikdə medianın bundan sonrakı dövrdə də vergi yükünün azaldılması istiqamətində birgə layihələr hazırlanır.

"İqtisadiyyat Nazirliyi tərəfindən bu layihələr məqbul sayılıb və bundan sonrakı proseslərdə də medianın vergi yükünün tənzimlənməsi ilə bağlı layihələrin dəstəklənməsində iştirak edəcəyik",- deyə Samirə Musayeva əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR