Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2024-cü ildə Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) 2.5% artacağını proqnozlaşdırır.
“APA-Economics” EBRD-ə istinadən xəbər verir ki, bu göstərici Bankın may ayındakı proqnozu ilə müqayisədə 0.2 faiz bəndi azdır.
Qeyd edək ki, EBRD bu il üçün də Azərbaycanda iqtisadi artım proqnozunu azaldıb. Belə ki, Bankın bu il üçün iqtisadi artım proqnozu 1.5% təşkil edib ki, bu göstərici may ayındakı proqnozla müqayisədə 1 faiz bəndi azdır.
Həmçinin Bank qeyd edib ki, neftin qiymətinin müharibədən əvvəlki səviyyədən yuxarı olması və Azərbaycan qazına artan tələbat fonunda yüksək enerji ixracı, ÜDM-in artımını dəstəkləyəcəyi ehtimal edilir.