EBRD-yə yeni icraçı direktor təyin edilib - FOTO

EBRD-yə yeni icraçı direktor təyin edilib - FOTO
# 01 iyul 2022 17:14 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) icraçı direktorlarından biri dəyişib.

Bu barədə “APA-Economics”ə EBRD-dən bildirilib. Məlumata görə, Bankın idarə heyətinin üzvü, kommunikasiyalar üzrə icraçı direktoru Conatan Çarles iyulun 1-dən etibarən vəzifəsindən ayrılıb. Onun yerinə isə Riçard Porter təyin edilib.

Qeyd edək ki, R.Porter 2017-ci ildən EBRD-də həm daxili, həm də xarici kommunikasiyalar üzrə fəaliyyə göstərib. Hazırkı vəzifəsini icra etməzdən əvvəl o, media əlaqələri, rəqəmsal kommunikasiyalar və donorlarla bağlı Strateji Məşğulluq və Planlaşdırma Direktoru olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR