Əcnəbilər martda bank kartları ilə 158,5 mln. manatlıq əməliyyat həyata keçirib

Əcnəbilər martda bank kartları ilə 158,5 mln. manatlıq əməliyyat həyata keçirib
# 29 aprel 2022 13:29 (UTC +04:00)

Bu ilin mart ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 158,5 mln. manat təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 70% artıb.
2022-ci ilin yanvar-mart aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə ümumilikdə 549,7 mln. manatlıq əməliyyat aparıblar, ki bu da ötən ilin ilk üç ayının göstəricisini 2 dəfəyədək üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR