​​​​​​​Əcnəbilər üçün səhmdar investisiya fondunun nizamnamə kapitalında mühüm iştirak payını alma qaydası müəyyənləşir

​​​​​​​Əcnəbilər üçün səhmdar investisiya fondunun nizamnamə kapitalında mühüm iştirak payını alma qaydası müəyyənləşir
# 05 iyun 2023 10:44 (UTC +04:00)

Əcnəbi alıcılar üçün səhmdar investisiya fondunun və ya idarəçinin nizamnamə kapitalında mühüm iştirak payını alma qaydası müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “İnvestisiya fondları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulan mühüm iştirak payının alınması üçün səhmdar investisiya fondu, yaxud idarəçi bu barədə müraciəti və aşağıdakı sənədləri maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir:

- alıcı hüquqi şəxs olduqda:

-icra orqanlarının rəhbərlərinin vətəndaş qüsursuzluğuna dair məlumat.

Həmin şəxs əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış təqdim ediləcək.

Qeyd edək ki, bu qanunun 28.2-ci maddəsinə əsasən, istənilən şəxs səhmdar investisiya fondunun və ya idarəçinin nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, idarəçidə isə həmçinin 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını yalnız Mərkəzi Bankın razılığı əsasında əldə edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR