Əlavə dəyər vergisindən (ƏDV) büdcə daxilolmaları 2026-cı ilə kimi 1,1 milyard manatdan çox artacaq.
APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.
Belə ki, gələn üzrə ƏDV-dən büdcəyə daxilolmaların 6 010,3 milyon manat, 2024-cü ildə 6 403,8 milyon manat, 2025-ci ildə 6 746,7 milyon manat, 2026-cı ildə isə 7 118,3 milyon manata çatdırılması proqnozlaşdırılıb.
Başqa sözlə, 2023-cü il proqnozu ilə müqayisədə 2026-cı ildə ƏDV üzrə daxilolmalar 18,4% çox olacaq.