“Effektinvest” ötən il kiçilib və mənfəəti azalıb

“Effektinvest” ötən il kiçilib və mənfəəti azalıb
# 08 iyun 2023 12:40 (UTC +04:00)

“Effektinvest” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Effektinvest”in xalis mənfəəti 2021-ci illə müqayisədə 14.2% azalaraq 2 min 863 manat təşkil edib. 2021-ci ildə təşkilat 3 min 337 manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilatın kredit portfeli əvvəlki illə müqayisədə 0.4% artaraq 968,3 min manat, verilmiş kreditlər üzrə faiz gəlirləri isə 8.3% azalaraq 15.7 min manat təşkil edib. Bu dövrdə təşkilatın əməliyyat gəlir 67.8 min manata, əməliyyat xərcləri 64,9 min manata bərabər olub. Beləliklə təşkilat 2.8 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki illə müqayisədə 31.4% azdır.

2022-ci ildə təşkilatın cəmi aktivləri 2.4% azalaraq 1 milyon 460.7 min manat, cəmi öhdəlikləri isə 5.4% azalaraq 624,1 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə “Effektinvest”in cəmi kapitalı 836.5 min manata bərabər olub ki, bu da illik müqayisədə 0.1% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR