Əhalinin banklarda olan əmanətlərinin 89%-i Bakıdan cəlb edilib

Əhalinin banklarda olan əmanətlərinin 89%-i Bakıdan cəlb edilib
# 31 mart 2023 17:47 (UTC +04:00)

2023-cü ilin mart ayının 1-nə Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin həcmi 11 mlrd. 901 mln. 838 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əmanətlərin 88,9%-i və ya 10 mlrd. 574 mln. 951 min manatı Bakı şəhərindən cəlb edilib.

Qeyd edək ki, Bakı şəhərindən cəlb olunmuş əmanətlərin 6 mlrd. 98 mln. 458 min manatı milli valyutada, 4 mlrd. 476 mln. 493 min manatı isə sərbəst dönərli valyutada olub. Milli valyutada olan əmanətlərin orta faiz dərəcəsi 5%, sərbəst dönərli valyutada olan əmanətlərin orta faiz dərəcəsi isə 0.98% olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR