Əhalinin banklardakı əmanətləri 26%-ə yaxın artıb

Əhalinin banklardakı əmanətləri 26%-ə yaxın artıb
# 27 iyul 2022 09:47 (UTC +04:00)

Azərbaycanda əhalinin banklardakı əmanətləri bu ilin iyulun 1-nə 10 596.2 milyon manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar-may ayları ilə müqayisədə 0,3% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 25,6% artıb.

Belə ki, 2021-ci ilin ilk yarısında bu əmanətlərin həcmi 8435,4 milyon manat təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR