Əhalinin banklardakı əmanətləri 28% artıb

Əhalinin banklardakı əmanətləri 28% artıb
# 27 dekabr 2022 11:40 (UTC +04:00)

Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il dekabrın 1-nə 11 milyard 588.6 milyon manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, on ay ilə müqayisədə 0,7% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 28% artıb.

Belə ki, 2021-ci ilin yanvar-oktyabr aylarında bu əmanətlərin həcmi 9 milyard 51.7 milyon manat təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR