Əhalinin nominal gəlirləri və əmək haqlarında artım müşahidə edilib

Əhalinin nominal gəlirləri və əmək haqlarında artım müşahidə edilib
# 16 iyun 2022 16:41 (UTC +04:00)

2021-ci ilin sonuna iqtisadi fəal əhalinin sayı 5303.9 min nəfər olub ki, onlardan 4988.2 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının “Maliyə sabitliyi “ hesabatına istinadən xəbər verir ki, muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci il ərzində 3.4% artaraq 732.1 manat təşkil edib. Əhalinin nominal gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 2.6 % artaraq 57.2 mlrd manat təşkil edib.

Hesabatda əhalinin nominal gəlirləri və nominal əmək haqlarında artım dinamikası istehlak davranışlarına təsir etməklə məcmu daxili tələbin bərpasını dəstəkləyib.

Muzdla çalışan işçilərin sayı 1705.1 min nəfər təşkil edib ki, onların 53%-i (904.7 min nəfər) dövlət sektorunda, 46.9%-i (800.4 min nəfər) isə qeyri-dövlət sektorunda çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR