Elektron satınalmalarda iştirak haqqının məbləği müəyyənləşib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 21 dekabr 2021 17:01 (UTC +04:00)

Elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği müəyyənləşib.

APA-nın məlumatına görə, bu Baş nazir Əli Əsədovun imzaladığı qərarla təsdiq edilən “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) tərəfindən aşağıdakı məbləğlərdə iştirak haqqı ödənilir:

Sıra

№-si

Satınalma metodu

Məbləğ (manat)

1

2

3

1.

Kotirovka sorğusu

100

2.

Ehtimal olunan qiyməti (yuxarı hədlər daxil olmaqla) elan edilmiş açıq tenderlər:

2.1.

50.000 manatadək

100

2.2.

50.000 manatdan 100.000 manatadək

150

2.3.

100.000 manatdan 200.000 manatadək

250

2.4.

200.000 manatdan 500.000 manatadək

350

2.5.

500.000 manatdan 1.000.000 manatadək

450

2.6.

1.000.000 manatdan 2.000.000 manatadək

600

2.7.

2.000.000 manatdan 4.000.000 manatadək

1000

2.8.

4.000.000 manatdan 3.000.000 ABŞ dollarının manat ekvivalentində olan məbləğədək

1500

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR