Əli Əsədov: Son 2 ildə Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib - VİDEO

Əli Əsədov: Son 2 ildə Böyük Qayıdış layihəsinə 5,8 milyard manatdan çox vəsait yönəldilib - VİDEO
# 09 dekabr 2022 11:50 (UTC +04:00)

İlkin hesablamalara görə, İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 mlrd. manat vəsait tələb olunur ki, bunun 19,2 mlrd. manatı (58,7%) işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

2023-cü ilin dövlət büdcəsinə gəldikdə, Baş nazir bildirib ki, İnkişaf Strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 mlrd. manat vəsait nəzərdə tutulub ki, onun da 3 mlrd. manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərdir (2022-ci ilə nisbətən 12,4 faiz çox). Son iki ildə isə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 mlrd. manatdan çox vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR