Əlilliyi olan şəxslərə bank xidmətləri ilə bağlı İşçi Qrupu yaradılıb

Əlilliyi olan şəxslərə bank xidmətləri ilə bağlı İşçi Qrupu yaradılıb
# 06 fevral 2023 16:23 (UTC +04:00)

Mərkəzi Bankın tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Banklar Assosiasiyası (Assosiasiya) tərəfindən "Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə" İşçi Qrupu yaradılıb.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Qeyd edilib ki, İşçi Qrupunda bütün banklar təmsil olunur. İşçi Qrupunun əsas məqsədi bu kateqoriyadan olan bank xidmətləri istehlakçılarına göstərilən xidmətləri təkmilləşdirmək və heç bir halda ayrı-seçkiliyə yol verməməkdir.

"Qeyd olunan məsələ ilə əlaqədar Mərkəzi Bank, Assosiasiya və İşçi Qrupun iştirakı ilə mütəmadi görüşlər keçirilir və əlilliyi müəyyən edilmiş şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı bütün lazımi tədbirlərin görülməsi, eləcə də onlara göstərilən xidmət səviyyəsinin artırılması mövzularında birgə müzakirələr aparılır. Ölkənin maliyyə tənzimləyici qurumu kimi, sosial həssas əhali qrupu olan əlilliyi olan şəxslərin maliyyə xidmətlərinə maneəsiz çıxışının təmin olunmasını Mərkəzi Bank daimi əsasda diqqət mərkəzində saxlayır"- deyə AMB-nin açıqlamasında qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR