Elman Rüstəmov: “Bu il cari əməliyyatlar hesabında ÜDM-in 10%-i səviyyəsində profisit yarana bilər”

Elman Rüstəmov: “Bu il cari əməliyyatlar hesabında ÜDM-in 10%-i səviyyəsində profisit yarana bilər”
# 28 yanvar 2022 12:33 (UTC +04:00)

Neftin orta qiymətinin bir barelə görə 70 dollar olacağı halda, bu il tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 10%-i həcmində profisit yarana bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, 50 dollar ssenarisində sözügedən göstərici 4%-ə bərabər ola bilər.

Xatırladaq ki, son məlumatlara görə, ötən ilin doqquz ayında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 3,939 mlrd. ABŞ dolları və ya ÜDM-in 10,7%-ni təşkil edib. Tədiyə balansının ümumi saldosu isə 2,437 mlrd. dollar və ya ÜDM-in 6,6%-ini təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR