Elman Rüstəmov inflyasiyanın builki səviyyəsini açıqlayıb

Elman Rüstəmov inflyasiyanın builki səviyyəsini açıqlayıb
# 28 yanvar 2022 12:14 (UTC +04:00)

Bu il inflyasiya hədəf diapozonunun yuxarı həddində olacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Sədr bildirib ki, bu il inflyasiyanın 6,6-7,1% dəhlizində formalaşacağı gözlənilir.

Onun sözlərinə görə, 2023-cü ildə inflyasiya hədəf diapozonunun mərkəzinə qayıdacaq.

Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur.

Xatırladaq ki, AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR