“Embafinans" BOKT-un pul vəsaitləri və xalis mənfəəti azalıb, öhdəlikləri isə artıb

“Embafinans" BOKT-un pul vəsaitləri və xalis mənfəəti azalıb, öhdəlikləri isə artıb
# 02 mart 2023 17:50 (UTC +04:00)

Bank Olmayan Kredit Təşkilatı "Embafinans" QSC 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Embafinans"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 165.1 min manat və ya 5% azalaraq 3 milyon 170.4 min manat təşkil edib. 2021-ci ildə təşkilatın xalis mənfəəti 3 milyon 335.6 min manat təşkil etib.

Təşkilatın faiz gəlirləri 2022-ci ildə 717.9 min manat və ya 7,5% artaraq 10 milyon 344 min manat təşkil edib. 2021-ci ildə təşkilatın cəmi faiz gəlirləri 9 milyon 626 min manata bərabər idi. Embafinans"ın haqq və komissiya gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 74 min 321 manat və ya 41,8% artaraq 251 min 870 manata yüksəlib.

2022-ci ildə təşkilatın banklardan alıdığı kreditlərin həcmi 2.1 dəfə və ya 10 milyon 680.9 min artaraq 20 milyon 96.3 min manata çatıb. Eyni zamanda “Embafinans”da ötən il nağd pul vəsaitlərin həcmi azalıb. Belə ki, 2021-ci ildə nağd pul vəsaitlərin həcmi 380.3 min manata bərabər idi. 2022-ci ildə bu rəqəm 41.3% və ya 157.2 min manat azalaraq 223.1 min manata bərabər olub.

“Embafinans”nın cəmi aktivləri ötən il 34% və 10 milyon 996.5 min manat artaraq 43 milyon 415.2 min manat olub. Öhdəlikləri isə 66.5% və ya 10 milyon 826.1 min manat artaraq 27 milyon 146.6 min manata çatıb.

Ötən il təşkilatın cəmi kapitalı 16 milyon 268.6 min manat təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR