“Embafinans”ın istiqrazları üzrə hərracın nəticəsi açıqlanıb

“Embafinans”ın istiqrazları üzrə hərracın nəticəsi açıqlanıb
# 04 noyabr 2022 16:34 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) “Embafinans” QSC-nin 1,5 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, hərrac zamanı 2 investor tərəfindən 1000 manat qiyməti ilə 2 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və yerləşdirilmiş həcmi isə 1,5 milyon manat təşkil edib.

Qeyd edək ki, illik faiz dərəcəsi 10%, tədavül müddəti 1 ili, nominal dəyəri 1000 manat olan istiqrazların yerləşdirmə üzrə anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR