Ermənistan gələn ildən Aİ-yə güzəştli şərtlərlə məhsul ixrac edə bilməyəcək

Ermənistan gələn ildən Aİ-yə güzəştli şərtlərlə məhsul ixrac edə bilməyəcək
# 24 dekabr 2021 17:31 (UTC +04:00)

2022-ci il yanvarın 1-dən etibarən Ermənistan məhsulları güzəştli şərtlərlə Avropa İttifaqı (Aİ) ölkələrinə ixrac oluna bilməyəcək.

APA-nın “Berlin Economics” tədqiqat mərkəzinə istinadən verdiyi xəbərə görə, buna səbəb Ermənistanın Aİ-nin Ümumi Preferensiya Sistemindən (GSP+) çıxarılmasıdır.

Bu sistemə əsasən, 2009-cu ildən bəri Ermənistan malları Avropa İttifaqına sıfır və ya azaldılmış gömrük rüsumları ilə idxal edilirdi.

"Berlin Economics" tədqiqat mərkəzi bildirir ki, GSP+ sistemindən çıxarılması nəticəsində Ermənistanda bir sıra sahələr ziyan görəcək.

Mərkəzin hesablamalarına görə, Ermənistan Aİ-yə ixracının təxminən 20%-ni itirəcək ki, bu da təxminən 114 milyon dollar təşkil edir. Asiya İnkişaf Bankının məlumatına görə, itki 146 milyon dollardan artıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR