ƏSF Dünya Bankı ilə görüş keçirib

ƏSF Dünya Bankı ilə görüş keçirib
# 25 aprel 2022 17:06 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Dünya Bankı ilə Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində rəsmi görüş keçirib. Fonddan “APA-Economics”ə verilən məlumata görə, Dünya Bankının bu proqramda əsas məqsədi Azərbaycan üçün Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramının İnkişaf modulunu yaratmaqdır.

Görüş zamanı, Dünya Bankı ilə Fondun fəaliyyət istiqamətləri və inkişaf perspektivləri haqqında ətraflı müzakirələr aparılıb.
Xatırladaq ki, Dünya Bankı Azərbaycanda FSAP çərçivəsində yer alan İnkişaf Moduluna rəhbərlik edir və bu modul maliyyə sabitliyi də daxil olmaqla maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR