ESG qlobal şirkətlərin mənfəətini 30 mlrd. dollara kimi artırıb

ESG qlobal şirkətlərin mənfəətini 30 mlrd. dollara kimi artırıb
# 28 fevral 2023 10:36 (UTC +04:00)

Bütün qlobal şirkətlər "Ətraf mühit, sosial və idarəetmə prinsipləri"nin (ESG) standartlarının tətbiqində maraqlıdırlar.

"APA-Economics" xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyi və İqtisadiyyat Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “İnkişafın maliyyələşdirilməsi” layihəsi çərçivəsində “Ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na dair tədbirdə çıxışı zamanı İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

"Xüsusilə də banklar kredit portfellərində yaşıllaşma istiqamətində fəaliyyətləri stimullaşdırmaq istəyirlər. Bunu statistikada da müşahidə etmək mümkündür. 2018-ci illə müqayisədə 2021-ci ildə öz fəaliyyətlərində ESG konsepsiyasını əks etdirən fondlara daxilolmalar 5 milyard dollardan 70 milyard dollara kimi artıb. Bu da qlobal şirkətlərin xalis mənfəətini 25-30 milyard dollar artırıb" - H.Hüseynov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR