“Expressbank”ın maliyyə institutları qarşısında öhdəlikləri 59% artıb - Hesabat

“Expressbank”ın maliyyə institutları qarşısında öhdəlikləri 59% artıb - Hesabat
# 26 yanvar 2023 11:05 (UTC +04:00)

“Expressbank” ASC 2022-ci ilin maliyyə nəticələrini açıqlayıb.

“Apa-Economics” “Expressbank”ın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın 2022-ci ildə xalis mənfəəti 2021-ci illə müqayisədə 61% və ya 4 mln. 707 min manat artaraq 12 mln. 408 min manata yüksəlib.

31 dekabr 2022-ci il tarixinə bankın faiz gəlirləri 2021-ci ilə nisbətən 14.4% və ya 6 mln. 87 min manat artaraq 48 mln. 257 min manata, faiz xərcləri 40.5% və ya 2 mln. 969 min manat artaraq 10 mln. 302 min manata çatıb. Xalis faiz gəlirləri dövr üzrə 9% və ya 3 mln. 118 min manat artaraq 37 mln. 955 min manata bərabər olub.

Bankın əməliyyat mənfəəti ötən il 18% və ya 2 mln. 445 min manat artaraq 16 mln. 13 min manat təşkil edib. 2021-ci ildə bu göstərici 13 mln. 568 min manat idi. Bank hesabat dövründə 4 mln. 180 min manat mənfəət vergisi ödəyib ki, bu göstərici əvvəl ki, hesabat dövrü ilə müqayisədə 15.9% və ya 573 min. manat çoxdur.

Hesabat dövründə bankın kredit portfeli (müştərilərə verilmiş kredit) 13.6% və ya 35 mln. 645 min manat artaraq 297 mln. 84 min manat təşkil edib. İstehlak kreditlərinin həcmi 15.5% və ya 21 mln. 382 min manat artaraq 159 mln. 369 min manat, biznes kreditlərinin həcmi 7.1% və ya 6 mln. 330 min artaraq 95 mln. 845 min manat, daşınmaz əmlak kreditlərinin həcmi isə 23.4% və ya 7 mln. 933 min manat artaraq 41 mln. 870 min manat təşkil edib.

2022-ci ildə bankda hüquqi (41 mln. 870 min manat) və fiziki şəxslərin(151 mln. 238 min manat) depozitlərinin cəmi 193 mln. 107 min manata bərabər olub. 2021-ci illə müqayisədə bankın depozitləri 23.7% və ya 37 mln. 24 min manat artıb.

Ötən il “Expressbank”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2021-ci illə müqayisədə 58.6% və ya 24 mln. 944 min manat artaraq 67 mln. 473 min manata çatıb.

Bu ilin yanvarın 1-nə Expressbank”ın cəmi aktivləri 2021-ci ilə nisbətən 24.4% və ya 85 mln. 588 min manat artaraq 436 mln. 956 min manata yüksəlib. Bankın öhdəliklərinin həcmi isə 35.3% və ya 80 mln. 307 min manat artaraq 307 mln. 821 min manata bərabər olub.

Hesabat dövründə bankın cəmi kapitali 4.3% artaraq 129 mln. 135 min manat təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR