FED-in faiz qərarı fonunda dollar tarixi maksimumlarda - “InvestAZ”dan həftəlik analiz

FED-in faiz qərarı fonunda dollar tarixi maksimumlarda - “InvestAZ”dan həftəlik analiz
# 26 sentyabr 2022 11:45 (UTC +04:00)

FED-in faiz qərarı fonunda dollar tarixi maksimumlarda.
"APA-Economics" xəbər verir ki, InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.


FED-in 21 sentyabr tarixində keçirilən toplantısında növbəti faiz artımından sonra dollar indeksinin tarixi maksimumlarını yeniləməsi fonunda avro dollar qarşısında 0.9680 hədlərinə kimi ucuzlaşdı. EURUSD cütlüyündə tendensiyanın davam edib etməyəcəyində bu həftə Avrozonada açıqlanacaq inflyasiya, ABŞ-da açıqlanacaq iqtisadi inkişaf səviyyəsi göstəriciləri həlledici rol oynaya bilər.


GBP.


Ötən həftə FED-in faiz qərarından sonra funt sterling dollar qarşısında son 37 ilin minimumlarına kimi dəyər itirdi. Hazırda 1.0850 hədlərində ticarət olunan GBPUSD cütlüyündə mövcud tendensiyanın davamına cümə günü İngiltərədə dərc olunacaq ÜDM göstəriciləri ciddi təsir edə bilər.


TRY.


Ötən həftə TCMB-nin faiz endirimindən sonra USDTRY məzənnəsi 18.40TL-ə kimi bahalaşdı. Dollar indeksindəki yüksəliş davam edəcəyi təqdirdə, lirə dollar qarşısında 19TL hədlərinə kimi ucuzlaşa bilər.


OIL.


FED-in faiz qərarından sonra cümə axşamı son 20 ilin ən yüksək səviyyəsinə çatan dollar indeksinin təzyiqi nəticəsində neft qiymətlərinin ucuzlaşdığı müşahidə olunur. Çünki artan faiz dərəcələri və inflyasiya gələcək aylarda xam neft tələbinə təzyiq göstərəcəyi ilə bağlı narahatlıqların da artmasına səbəb olur.


GOLD.


Federal Ehtiyyatlar Sisteminin monetar siyasətdə şahin duruşunun qızılın güvənli liman maliyyə aləti statusunu zəiflətdiyi müşahidə olunur. Nəticədə ötən həftənin son ticarət günü qızılın bir unsiya üzrə qiyməti 1643$-a kimi ucuzlaşdı. Dollar indeksindəki yüksəliş davam edəcəyi təqdirdə, qızılda eniş tendensiyası 1560$-a kimi davam edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR