“Finca Azərbaycan” bu il mənfəətinin azalacağını proqnozlaşdırıb

“Finca Azərbaycan” bu il mənfəətinin azalacağını proqnozlaşdırıb
# 22 iyun 2022 11:06 (UTC +04:00)

“Finca Azərbaycan” BOKT MMC bu il xalis gəlirlərinin azalacağını proqnozlaşdırıb.

"APA-Economics" bu barədə BOKT-un hesabatına istinadən xəbər verir. Məlumata görə, 2022-ci il üzrə pronozlaşdırılan xalis mənfəət 2,353 milyon manatdır. Bu isə 2021-c illə müqayisədə 9,8% və ya 258 min manat azdır. Belə ki, “Finca Azərbaycan” 2021-ci il üzrə 2,611 milyon manat xalis mənfəət açıqlayıb.

Qeyd edək ki, “Finca Azərbaycan" 1999-cu ildə yaradılıb və 100% səhmdarı Niderlandın Finca Microfinace Coöperatief. U.A şirkətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR