“Finoko” BOKT-un 2022-ci il üzrə maliyyə vəziyyəti məlum olub

“Finoko” BOKT-un 2022-ci il üzrə maliyyə vəziyyəti məlum olub
# 28 mart 2023 17:52 (UTC +04:00)

“Finoko” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə vəziyyəti haqqında hesabatlarını açıqlayıb.

APA-Economics” “Finoko”nun maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il təşkilatın məcmu mənfəəti 2021-ci illə müqayisədə 22.9% və ya 261 min 487 manat artaraq 1 milyon 403 min 473 manat təşkil edib. Təşkilatın 2021-ci ildə məcmu mənfəəti 1 milyon 141 min 986 manat olub.

2022-ci ildə təşkilatın müştərilərə verdiyi kreditin həcmi 2021-ci illə müqayisədə 3.6% artaraq 23 milyon 921 min 59 manata, xalis faiz gəlirləri isə 14.3% artaraq 4 milyon 157 min 628 manat təşkil edib.

“Finoko” BOKT 2022-ci ildə 61 min 882 manat mənfəət vergisi ödəyib.

Hesabat dövründə təşkilatın cəmi aktivləri 4.9% və ya 1 milyon 452.4 min artaraq 31 milyon 54 min 313 manat, öhdəliklərinin həcmi isə 2.1% və ya 434 min 656 manat artaraq 20 milyon 763 min 137 manat təşkil edib.

Ötən il “Finoko” BOKT-un cəmi kapitalı 10 milyon 291 min 176 manata bərabər olub ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 11% çoxdur.

Qeyd edək ki, 2022-ci ildə təşkilata səhmdar tərəfindən 447 min 406 manat əlavə vəsait daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR