"Finoko" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb

"Finoko" BOKT-un xalis mənfəəti 2 dəfədən çox azalıb
# 19 avqust 2022 12:40 (UTC +04:00)

"Finoko" ASC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısını 186 min manat xalis mənfəətlə başa vurub. APA-Economics” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə azdır. 2021-ci ilin birinci yarısında BOKT 419 min manat xalis mənfəət açıqlamışdı.

Bu il iyulun 1-nə "Finoko"nun aktivləri 35,297 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20,6% çoxdur. Bunun 21,606 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda BOKT-un kredit portfeli 6% kiçilib.

Hesabat dövründə "Finoko"un öhdəlikləri 35% artaraq 27,385 milyon manata yüksəlib, balans kapitalı isə 14,1% azalaraq 7,911 milyon manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR