"Fitch" Azərbaycanın uzunmüddətli defolt reytinqini təsdiqləyib  

"Fitch" Azərbaycanın uzunmüddətli defolt reytinqini təsdiqləyib  
# 20 iyul 2019 13:39 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

"APA-Economics"in agentliyin məlumatına istinadən verdiyi xəbərə görə, reytinq üzrə proqnoz "stabil" olaraq "BB+" səviyyəsində təsdiq olunub.

Azərbaycanın "BB+" güclü xarici balansı və aşağı səviyyədə olan xarici borcun olmasını, iqtisadiyyatın neftdən asılılığını, idarəetmənin aşağı olmasını və zəif bank sektorunun olmasını əks etdirir.

Hesabata əsasən, yaxın illərdə qaz hasilatını artması Azərbaycanın icmal büdcəsinin dayanıqlı profisitini təmin edəcək.

Agentliyin analitikalarının hesablamalarına görə, bu il Azərbaycanda iqtisadi artım 2,7% təşkil edəcək. 2018-ci ildə bu göstərici 1,4% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR