Fitch: Neftin qiyməti 65 dollara kimi azalacaq

Fitch: Neftin qiyməti 65 dollara kimi azalacaq
# 09 dekabr 2022 09:41 (UTC +04:00)

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

"APA-Economics" Agentliyə istinadən xəbər verir ki, bu ilin sonuna kimi neftin qiyməti 100 dollar proqnozlaşdırılıb.

"Fitch" 2023-cü il üzrə neftin orta qiymətini 85 dollar, 2024-cü il üzrə isə 65 dollar müəyyən edib.

Qeyd edək ki, bundan əvvəl “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu "APA-Economics"ə müsahibəsində Avrozonada iqtisadi tənəzzül və ABŞ iqtisadiyyatı üçün eyni dərəcədə optimist olmayan proqnozun gələn ildən neft qiymətlərinə təsir edəcəyini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR