"Fitch Solutions": Azərbaycan Aİ və Britaniyaya qaz ixracını artırmaqda davam edəcək

"Fitch Solutions": Azərbaycan Aİ və Britaniyaya qaz ixracını artırmaqda davam edəcək
# 08 noyabr 2022 17:57 (UTC +04:00)

"Fitch Solutions" beynəlxalq reytinq agentliyi Avropa qaz bazarı üzrə gələn il üçün gözləntilərini və mövcud risk ssenarilərini açıqlayıb.

"APA-Economics"in Agentliyə istinadən məlumatına görə, Avropa qaz anbarları hazırda 93,4% səviyyəsində doludur. Bu da ilin bu mövsümü üçün beş illik tarixi orta göstəricidən (88,9% ) əhəmiyyətli dərəcədə yüksəkdir və planlaşdırılmamış tələbat artımlarına qarşı mühüm bufer rolunu oynaya bilər.

"Fitch Solutions" hesab edir ki, Rusiyadan kənarda regionun əsas qaz tədarükçüləri – Norveç, Əlcəzair, Liviya və Azərbaycan yüksək qaz qiymətlərinə və əlverişli regional qiymət fərqlərinə görə Aİ və Böyük Britaniyaya ixraclarını maksimum dərəcədə artırmağa davam edəcəklər. Bununla belə, 2023-cü ildə ixrac potensialı ilə bağlı limitlər artımı əngəlləyə bilər.

Bildirilib ki, Rusiyanın davranışları qarşıdakı rüblərdə Avropa qaz bazarının dinamikasına güclü təsir göstərəcək. Eyni zamanda qaza tələb hökumətlərin aparacağı siyasət, hava şəraiti də daxil olmaqla müxtəlif amillərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.

Nəhayət, Avrozonanın 2023-cü ildə tədarük üçün sərt rəqabətlə üzləşməsi gözlənilsə də, maye qaz (LNG) idxalı burada balanslaşdırıcı amil olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR