"Fitch Solutions" Azərbaycanın iqtisadı artım proqnozunu yaxşılaşdırıb

"Fitch Solutions" Azərbaycanın iqtisadı artım proqnozunu yaxşılaşdırıb
# 12 sentyabr 2022 12:02 (UTC +04:00)

"Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulunun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb

"APA-Economics" xəbər verir ki, bu barədə reytinq agentliyinin "Europe Monthly Outlook Presentation" hesabatının avqust sayında bildirilib.

"Fitch Solutions" real ÜDM-in artım proqnozunu 3,48%-dən (iyun göstəricisi) 5,12%-ə kimi artırıb. Agentliyin "Bloomberg Consensus"la birgə proqnozuna görə bu göstərici 2022-ci ildə 3,85% olacaq.

Agentlik 2022-ci il üzrə Azərbaycanda orta inflyasiya proqnozunu isə dəyişməyib və 7,8% olaraq saxlayıb. "Fitch Solutions"un "Bloomberg Consensus"la birgə proqnozuna görə orta inflyasiya isə bu ilin sonuna kimi 10,4% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR