Fiziki şəxslərin bank sektorunda manatla əməliyyatları artıb

Fiziki şəxslərin bank sektorunda manatla əməliyyatları artıb
# 03 noyabr 2022 12:49 (UTC +04:00)

“Cari ilin 9 ayda bank sektorunda manatla əməliyyatlar artıb. Manatla fiziki şəxslərin əmanətləri 25,2% artaraq 6,8 mlrd. manatı ötüb”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

“Fiziki şəxslərin əmanətlərində dedollarlaşma davam edib, onların xarici valyutada əmanətləri 6,8% bəndi azalaraq 39,2%-ə enib. Hüquqi şəxslərin xarici valyutada depozitlərinin payı isə 53,2% təşkil edib ki, bu da neft-qaz sektoru ilə əlaqəli fəaliyyətlə bağlıdır”, - deyə T. Kazımov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR