Gələn il beynəlxalq və ölkə səviyyəli tədbirlər üçün vəsait müəyyənləşdiriləcək

Gələn il beynəlxalq və ölkə səviyyəli tədbirlər üçün vəsait müəyyənləşdiriləcək
# 02 fevral 2023 15:01 (UTC +04:00)

Gələn il beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulacaq vəsait müəyyənləşdiriləcək.

APA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, nazirliklərin, komitələrin, dövlət idarə və təşkilatlarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin rəhbərlərinə, yerli icra hakimiyyəti orqanlarına dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsini təmin edən publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlara tapşırılıb və bələdiyyələrə tövsiyə edilib:

- davam edən layihələrin əsaslı xərclərinə dair məlumatları, həmçinin yüksək prioritetli yeni investisiya təklifləri üçün tələb olunan xərclərin təhlilinə dair məlumatları 2023-cü il martın 1-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər;

- dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları, həmçinin beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, həmçinin xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması ilə bağlı təkliflərini hazırlayıb 2023-cü il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər;

- dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar və müddətli əmək müqaviləsi ilə işə götürülən işçilər (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR