Gələn il büdcədən parlamentə və deputatların maaşına ayrılan vəsait məlum olub

Milli Məclis

© APA | Milli Məclis

# 03 dekabr 2021 12:17 (UTC +04:00)

Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 42 036 822 (qırx iki milyon otuz altı min səkkiz yüz iyirmi iki) manat olacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu vəsaitdən 5 382 624 manat deputatların maaşı üçün ayrılıb.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR