Gələn il dövlət büdcəsində hüquq-mühafizə xərcləri artırılır

Gələn il dövlət büdcəsində hüquq-mühafizə xərcləri artırılır
# 05 dekabr 2022 12:58 (UTC +04:00)

Gələn ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərclər artırılır.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclərin 20 milyon 131 min manat artırılaraq 2 milyard 762 milyon 927 min 411 manat olması proqnozlaşdırılır. Qanun layihəsinin əvvəlki redaksiyasında bu istiqamətə 2 milyard 742 milyon 796 min 411 manat ayrılması nəzərdə tutulmuşdu. Artırılan vəsait hüquq-mühafizə xərclərinə yönəldiləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR