Gələn il MSK-ya ayrılan vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi məlum olub

Mərkəzi Seçki Komissiyası

© APA | Mərkəzi Seçki Komissiyası

# 23 dekabr 2021 16:34 (UTC +04:00)

Gələn ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına ayrılan vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi məlum olub.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanında əksini tapıb.
Beləliklə, 2022-ci il dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 18 milyon 469 min 693 manat ayrılıb. Bu vəsaitin 5 milyon 798 min 583 manatı seçici siyahılarının dəqiqləşdirilməsinə, 12 milyon 671 min 110 manat dairə seçki komissiyalarının saxlanılmasına yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR