Gələn il Naxçıvan MR büdcəsinin xərcləri 614, 7 milyon manat olacaq

Gələn il Naxçıvan MR büdcəsinin xərcləri 614, 7 milyon manat olacaq
# 05 dekabr 2022 12:22 (UTC +04:00)

Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərcləri ilkin dürüstləşməyə nisbətən müvafiq olaraq, 132,3 milyon manat gəlirləri təşkil edəcək, xərcləri isə 614, 7 milyon manat səviyyəsində olacaq.

APA- xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Samir Şərifov deyib ki, bu dəyişikliklərlə 2023-cü ilin dövlət büdcəsində gəlir və xərclər də müvafiq olaraq, 53,2 milyon manat artırılacaq: ЭKəsrdə hər hansı dəyişikliklər baş vermir. İcmal büdcəsinin gəlirləri və xərcləri də eyni səviyyədə təşkil edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR