Gələn il üçün dövlət büdcəsinin xərclərindəki dəyişikliklər açıqlanıb

Gələn il üçün dövlət büdcəsinin xərclərindəki dəyişikliklər açıqlanıb
# 25 noyabr 2022 12:34 (UTC +04:00)

“Gələn il üçün dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Naxçıvanda Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İdarəsi dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək: "Naxçıvana dotasiyadan azaldılan 31,1 milyon manat yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə, beynəlxalq fəaliyyətdə Azərbaycan;n maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına yönəldiləcək. Yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərc bölməsinin köməkçi bölməsinə yönəldiləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR