Gəmilərin heyəti üçün yemək xərclərinin gündəlik norması artırılıb

Gəmilərin heyəti üçün yemək xərclərinin gündəlik norması artırılıb
# 05 oktyabr 2022 18:03 (UTC +04:00)

Nazirlər Kabineti “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.

APA xəbər verir ki, dəyişikliyə əsasən, dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 25 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 25 ABŞ dollarınadək məbləğdə müəyyən edilib.

Bundan əvvəl dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR