Gəncənin su və kanalizasiya sisteminin yenilənməsinə 50 mln. manat xərclənəcək

Gəncənin su və kanalizasiya sisteminin yenilənməsinə 50 mln. manat xərclənəcək
# 08 avqust 2022 10:04 (UTC +04:00)

"Azərsu" ASC “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması bağlı tenderin yekunlarını açıqlayıb.

APA-Economics” dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi seçilib. Müqavilənin ümumi dəyəri 49,5 milyon manatdır.

Qeyd edək ki, şirkət 2025-ci ilin sonuna kimi Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı işləri başa çatdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR