Gömrük xətti ilə büdcə daxilolmaları 500 milyon manatdan çox artıb

Gömrük xətti ilə büdcə daxilolmaları 500 milyon manatdan çox artıb
# 05 iyul 2022 14:43 (UTC +04:00)

2022-ci ilin ilk altı ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2539,7 milyon manat vəsait təmin edilib.

"APA-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da proqnoza nisbətən 472,3 milyon manat və ya 22,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 501,5 milyon manat və ya 24,6 faiz çoxdur.

Bundan əlavə, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə daxil olan vəsaitlər 95,1 milyon manat və ya 34,4 faiz artaraq 371,5 milyon manata çatıb. Dövlət büdcəsinin sair daxilolmaları isə 164,2 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR