Gömrük xətti ilə dövlət büdcəsinə 2,53 mlrd. manat vəsait köçürülüb

Gömrük xətti ilə dövlət büdcəsinə 2,53 mlrd. manat vəsait köçürülüb
# 04 iyul 2022 16:33 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi bu il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 122,41% yerinə yetirib.

APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” hesabında yazıb.

O qeyd edib ki, ilkin məlumata görə, 2,53 mlrd. manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 463,39 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR