“Günay Bank” ilə zərərlə başlayıb, kapitalı azalıb

“Günay Bank” ilə zərərlə başlayıb, kapitalı azalıb
# 25 aprel 2022 16:46 (UTC +04:00)

“Günay Bank” 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bankın gəlirləri 4,669 milyon manat, xərcləri 4,567 milyon manat təşkil edib. Dövrün nəticəsi olaraq Bank mümkün zərərlər üzrə 492 min manat ehtiyatlar yaradıb. 187 min manat isə vergi kimi ödənilib. Nəticədə, "Günaybank" bu ilin birinci rübünü 577 min manat xalis zərərlə başa vurub. Qeyd edək ki, ötən ilin eyni dövründə bank 879 min manat xalis mənfəət əldə etmişdi.

Bank böyüməkdə davam edir. Belə ki, ilin əvvəlinə nisbətən bankın ümumi aktivləri 1,6 faiz artaraq 260,810 milyon manat olub. Bankın kredit portfeli 207,019 milyon manat təşkil edib. Bu isə 1,7% çoxdur.

Hesabat dövründə "Günay Bank"ın öhdəlikləri 195,722 milyon manata (2,5% çox) çatıb. Cəmi kapitalı isə 65,087 milyon manata (0,8% az) kimi azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR