Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Gürcüstanın Azərbaycana borcu açıqlanıb
# 25 yanvar 2022 11:31 (UTC +04:00)

Ötən il Gürcüstanın xarici borcu 670,2 mln. ABŞ dolları artaraq 8,2 mlrd. dollara çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin 2021-ci ilin 31 dekabr tarixinə olan göstəricilərə əsasən təqdim etdiyi hesabatında qeyd olunub.

Bildirilib ki, xarici borcun 7,73 mlrd. dollarını hökumətin borcları təşkil edir.

Ötən il Gürcüstanın Azərbaycana xarici borcu illik ifadədə 1,8 mln. dollar azalaraq 4,2 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR