Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 3,3 dəfə azalıb

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 3,3 dəfə azalıb
# 27 mart 2023 17:28 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycandan mal və məhsullar idxalı illik ifadədə 16,5% azalaraq 130 914,5 min ABŞ dolları təşkil edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib. Hesabat dövründə Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 6,6%-ni təşkil edib. 2022-ci ilin yanvar-fevral ayları ərzində isə Gürcüstanın Azərbaycandan idxalı 156 694,9 min dollar təşkil edib.

Yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycana ixracı isə ötən illə müqayisədə 20,5% artaraq 111 237,1 min dollara çatıb. Azərbaycana ixracın Gürcüstanın ümumi ixracında payı 12,2%-ə bərabər olub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracının 16 038,3 min dollarını yerli istehsal mal və məhsullar təşkil edib. Bu göstərici ötən illə müqayisədə 11,5% çoxdur.

Beləliklə bu ilin ilk iki ayı ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsində 19 677,4 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 3,27 dəfə azdır.

Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında Gürcüstanın Azərbaycanla xarici ticarətində 64 358,7 min dollarlıq mənfi saldo qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR