Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu kəskin azalıb
# 20 dekabr 2021 11:10 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 997 293,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 146 026,1 min dollar və ya 17,15% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi hesabatında bildirilir.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 509 000,7 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 12,7% çoxdur. Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 22,2% artaraq 488 292,6 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk 11 ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 20 708,1 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 2,5 dəfə azdır. Belə ki, 2020-ci ilin yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycanla xarici ticarətində 52 013,3 min dollarlıq mənfi saldo qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR