Hansı banklar Türkiyəyə olunan ianələrə komissiya haqqı tutur? - ARAŞDIRMA

Hansı banklar Türkiyəyə olunan ianələrə komissiya haqqı tutur? - ARAŞDIRMA
# 08 fevral 2023 15:51 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş şəxslərə yardım məqsədilə Azərbaycandan ianələr artmaqdadır. Bununla belə, sosial şəbəkələrdə Azərbaycan banklarının ianələrə komissiya haqqı tətbiq etdiyi haqqında məlumatlar yayılmağa başladı.

Məsələ ilə bağlı “APA-Economics”ə açıqlama verən Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev bildirib ki, fevralın 8-də baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum - AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul edilib.

APA-Economics” məsələ ilə bağlı yerli banklar arasında sorğu keçirib. Sorğuya əsasən məlum olub ki, hazırda 16 bank Türkiyəyə ianələrlə bağlı hər hansı komissiya haqqı tətbiq etmir. "Muğan Bank" isə fevralın 15-nə qədər ianələrə komissiya haqqı tətbiq etməyəcəyini açıqlayıb. 7 bank hazırda beynəlxalq pul köçürmələri vasitəsilə 1000 dollar ianəyə 7,5 dollardan 45 dollara kimi komissiya haqqı tutduğunu bildirib.

"Melli İran Bankı" Bakı filialı Türkiyəyə köçürmələr həyata keçirilmədiyini, “Bank VTB Azərbaycan” isə dollarla köçürmələrin olmadığını qeyd edib. Sorğunun nəticəsini tam olaraq aşağıdakı kimidir:

Banklar

Köçürmə sistemi

Komissiya haqqı (1000$ üçün)

"Azərbaycan Sənaye Bankı"

Zalatoya Korona

10$

Western Union

15$

"AFB Bank"

Contakt

10$

Western Union

9$

UPT

13$

"Premium Bank"

Zalatoya Korona

7.5$

Western Union

15$

"Bank of Baku"

Zalatoya Korona

10$

Western Union

15$

"Yelo Bank"

hesabdan

45$

Zalatoya Korona

10$

Zalatoya Korona

10$

"Bank Avrasiya"

Western Union

15$

"Muğan Bank"

Fevralın 15-dək

"Azər Türk Bank"

Komissiya haqqı tutulmur

"Access Bank"

Komissiya haqqı tutulmur

"Ekspress Bank"

Komissiya haqqı tutulmur

"Kapital Bank"

Komissiya haqqı tutulmur

"Bank Respublika"

Komissiya haqqı tutulmur

"Rabitəbank"

Komissiya haqqı tutulmur

"Bank BTB"

Komissiya haqqı tutulmur

"Azərbaycan Beynəlxalq Bankı"

Komissiya haqqı tutulmur

"Naxçıvan Bank"

Komissiya haqqı tutulmur

"Xalq Bank"

Komissiya haqqı tutulmur

"Turan Bank"

Komissiya haqqı tutulmur

"Paşa Bank"

Komissiya haqqı tutulmur

"Yapı Kredi Bank Azərbaycan"

Komissiya haqqı tutulmur

"Ziraat Bank Azərbaycan"

Komissiya haqqı tutulmur

"Unibank"

Komissiya haqqı tutulmur

"GünayBank" Komissiya haqqı tutulmur

"Melli İran Bankı" Bakı filialı

Türkiyəyə pul köçürə bilmir

Bank VTB Azərbaycan

Dollarla köçürmə edilmir

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR