Hesablama Palatası: Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur

Hesablama Palatası: Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur
# 20 aprel 2022 11:30 (UTC +04:00)

“Hesablama Palatası tərəfindən hesabat ilində keçirilmiş maliyyə auditinin nəticələrinə əsasən 2 pozuntu aşkarlanıb. Mühasibat yazılışlarının düzgün verilməməsi halları aşkar olunub”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, 600 min manat maliyyə auditi nəticəsində bərpa edilib: “2021-ci ilin uyğunluq auditləri bir sıra müsbət meyllərin müşahidə edildiyini, bəzi halların isə dəyişmədiyini göstərir. Dövlət vəsaitlərinin nəticələrinin qiymətləndirilməsində maneələr var. Bəzi obyektlərdə daxili nəzarətin təşkili üzrə hüquqi aktlar yoxdur. Ümumilikdə uyğunluq auditi nəticəsində 34,2 milyon manatın bərpası ilə bağlı tədbirlər müəyyən edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR